Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Biləsuvar gömrük postunda bayrağımız 35 metr hündürlükdə dalğalanacaq (FOTO, VİDEO)

Biləsuvar gömrük postunda bayrağımız 35 metr hündürlükdə dalğalanacaq (FOTO, VİDEO)

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda 35 metr hündürlüyündə yeni bayraq dirəyi quraşdırılıb və dekabrın 24-də üçrəngli bayrağımız ucaldılıb. Azərbaycan Respublikasının Dövlət Bayrağı postda xidmət edən Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən rəsmi mərasimlə havaya qaldırılaraq dalğalandırılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Eyni zamanda, Biləsuvar gömrük postu ərazisində dövlətimizin atributlarının əks olunduğu məlumat lövhəsi də yenilənib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 Dekabr 2020 00:00
195