Vətən müharibəsində təltif olunanlar arasında Dövlət Gömrük Komitəsinin daha bir qrup əməkdaşı var
Vətən müharibəsində təltif olunanlar arasında Dövlət Gömrük Komitəsinin daha bir qrup əməkdaşı var
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə təltif olunan hərbi qulluqçular arasında Dövlət Gömrük Komitəsinin daha bir qrup əməkdaşı var.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə qazi əməkdaşlarımız Hüseynzadə Elbəy Oktay oğlu, Zeynalov Tamerlan Fazil oğlu, Məmmədov Fərid Elburus oğlu, Süleymanov Nuran Nüsrəddin oğlu "Cəbrayılın azad olunmasına görə", Bağırov Pərviz İsrafil oğlu "Xocavəndin azad olunmasına görə", Bədəlov Həsən Nizami oğlu, Hüseynzadə Elbəy Oktay oğlu, Zeynalov Tamerlan Fazil oğlu, Məmmədov Fərid Elburus oğlu "Qubadlının azad olunmasına görə", Bağırov Pərviz İsrafil oğlu "Şuşanın azad olunmasına görə", Məmmədov Xaliq Elyaz oğlu, Hüseynzadə Elbəy Oktay oğlu, Süleymanov Nuran Nüsrəddin oğlu, Əkbərli Fərid Baris oğlu "Laçının azad olunmasına görə" medalları ilə təltif olunublar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi