Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Siqaretləri ehtiyat təkərlərinin içərisində keçirmək istədi

Siqaretləri ehtiyat təkərlərinin içərisində keçirmək istədi

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında "Samur" gömrük postunda Rusiya Federasiyası istiqamətindən gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun təkərindən, eləcə də avtomobilin ehtiyat təkərlərinin içərisində 90520 ədəd "Parliament Heets" markalı və yararsız vəziyyətdə 28000 ədəd siqaret aşkarlanıb.

 Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Fevral 2021 00:00
195