Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük avtomobilində bəyan olunmayan mallar aşkar edildi

Yük avtomobilində bəyan olunmayan mallar aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Atego" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Avtomobilə rentgen qurğusu ilə baxış keçirilib və mal-müşayiət sənədlərində uyğunsuzluq aşkar edilib.

Yoxlama zamanı, gömrük nəzarətinə bəyan edilməyən 430 kq bal və üzərində "Selective" yazılan hər biri 1 litr olmaqla 10 ədəd şampun aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 Fevral 2021 00:00
195