Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Soyqırımı qurbanlarının xatirəsi yad edilib

Soyqırımı qurbanlarının xatirəsi yad edilib

Bu gün Azərbaycan xalqının üzləşdiyi ən dəhşətli faciədən - Xocalı soyqırımından 29 il ötür.

Fevralın 26-da Dövlət Gömrük Komitəsinin rəhbərliyi Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

DGK rəhbərliyi Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Fevral 2021 00:00
195