Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dərman preparatları aşkar edildi

Dərman preparatları aşkar edildi

Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilmə cəhdinin qarşısını alıblar.Belə ki, Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına göyərti yükü aparan, həmin ölkə vətəndaşının idarə etdiyi "Renault" markalı yük avtomobili "Astara" gömrük postunun idxal yoxlama xəttində saxlanılıb.Yük nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirilən zaman dartıcıda şübhəli cizgilər müşahidə edilib.Gömrük yoxlaması zamanı avtomobilin kabinasında - tavanın üzərində olan boşluqda gömrük nəzarətindən gizlədilən 1900 həb müxtəlif adda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

9 Mart 2021 00:00
195