Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük avtomobillərində siqaret və narkotik vasitə aşkarlandı

Yük avtomobillərində siqaret və narkotik vasitə aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dörd fakt üzrə siqaret və narkotik vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz", "Scania", "DAF" və "İveco" markalı yük avtomobilləri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 5600 ədəd siqaret və "DAF" markalı yük avtomobilinin sürücüsünə məxsus gödəkçənin cibində isə qutusu ilə birgə çəkisi 21 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Mart 2021 00:00
195