Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Yaşıl Marafon" kampaniyası çərçivəsində ağacəkmə aksiyasına Dövlət Gömrük Komitəsi də qoşuldu

"Yaşıl Marafon" kampaniyası çərçivəsində ağacəkmə aksiyasına Dövlət Gömrük Komitəsi də qoşuldu

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Bu gün Bakının Xocasən qəsəbəsində keçirilən aksiyaya Dövlət Gömrük Komitəsinin əməkdaşları da qoşulub. Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev də iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının və könüllülərin iştirakı ilə 2 hektar ərazidə 1600-dən artıq müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkiləcək.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 Aprel 2021 00:00
195