Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

GA-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

GA-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Azərbaycanın nəbzi ilə döyünən ürək!" adlı tədbir keçirilib.Zoom platforması üzərindən keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Ziyad Səmədzadə, Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələr iştirak ediblər.Öncə müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yoluna həsr olunmuş video çarx nümayiş etdirilib.Tədbiri giriş sözü ilə açan Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, dahi şəxsiyyətin dövlətçilik üçün gördüyü işlərdən danışıb, xalqımızın həyatında oynadığı əvəzolunmaz roldan və misilsiz xidmətlərdən söz açıb. Qulu Novruzov xalqımızın uzaqgörən siyasi xadim, dahi rəhbərin ətrafında hər zaman yumruq kimi birləşərək həmrəylik nümayiş etdirdiyini,Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim xalqın dəstəyindən güc aldığını, dahi və müdrik rəhbərin çağırışlarına xalqın hər zaman dəstək olduğunu vurğulayıb.Akademiya rəisi ümummilli liderin ideyalarının, siyasi kursunun Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu və xalqının yumruq kimi birləşərək, 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etidiyini, torpaqlarımızın düşmənlərdən azad olunduğunu, xalqın böyük qələbə sevinci yaşadığını vurğulayıbUlu Öndərin zəngin irsinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayan Qulu Novruzov Gömrük Akademiyasının tələbələrinin timsalında bütün gənclərin Heydər Əliyevin həyat yolunu, onun ideyalarını dərindən mənimsədiklərini və dahi şəxsiyyətin irsinin tələbə-gənclərə öyrədilməsinə Akademiyada xüsusi diqqət yetirildiyini qeyd edib.Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əbədi iz buraxan nadir şəxsiyyət olduğunu deyib. O, Azərbaycanda dövlət siyasətinin formalaşdırılması, Azərbaycanın müstəqilliyinin qorunmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Ziyad Səmədzadə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışaraq, onun ölkəni dağılmaqdan qoruduğunu, "Əsrin müqaviləsi"nin imzalanmasına nail olduğunu, dövlət quruculuğunu həyata keçirdiyini bildirib. Ümummilli liderin Azərbaycanın müstəqilliyinin ilk illərində yenidən respublikaya rəhbərlik etdiyi dönəmdə ölkədə daxili sabitliyi təmin etdiyini bildirib. Ziyad Səmədzadə Heydər Əliyevin bütün sahələrdə, o cümlədən sosial-iqtisadi sahədə gördüyü işlərdən söz açaraq, Ulu Öndərin "Bizim ən böyük xoşbəxtliyimiz müstəqilliyimizdir!" sözlərini xatırladıb.O da vurğulanıb ki, Ümummilli Liderin uzaqgörən, müdrik və düşünülmüş siyasəti sayəsində Azərbaycanın dünyanı, qitələri birləşdirən, regionun tərəqqisinə mühüm töhfələr verən nəhəng iqtisadi və nəqliyyat layihələrini reallaşdırıb.Ziyad Səmədzadə Heydər Əliyevin Azərbaycan dövlətini dünyaya tanıtdığını, ən mötəbər beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərini dünyaya çatdırdığını vurğulayıb. O, Heydər Əliyevin qısa zaman kəsiyində ordu quruculuğu istiqamətində qətiyyətli addımlar atdığını, bütün sahələrdə həyata keçirdiyi köklü islahatlar hesabına güclü iqtisadiyyat iqtisadiyyat formalaşdırdığını bildirib.Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişaf etdiyini vurğulayan Ziyad Səmədzadə məhz Ulu Öndərin uzaqgörən siyasəti sayəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə şanlı Azərbaycan ordusunun işğalda olan torpaqları azad etdiyini diqqətə çatdırıb.Ziyad Səmədzadə ulu öndər Heydər Əliyevin gömrük fəaliyyətinin tənzimləyən qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb, Gömrük Akademiyasının tələbələrinə böyük şəxsiyyətin zəngin həyat və fəaliyyətini dərindən mənimsəməyi, hər zaman milli maraqları üstün tutmağı tövsiyə edib.Tədbirdə ümummilli liderin 98-ci ildönümünə həsr olunmuş "Azərbaycanın nəbzi ilə döyünən ürək!" adlı ədəbi-musiqili kompozisiya təqdim edilib. Kompozisiyada Akademiyanın tələbələrinin, o cümlədən xor qrupunun ifasında Ulu Öndərə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.

7 May 2021 00:00
195