Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirilib

Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə İkinci Dünya müharibəsi iştirakçıları, 44 günlük Vətən müharibəsi qaziləri, Dövlət Gömrük Komitəsinin əməkdaşları və könüllüləri iştirak edib.

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov təşkilatın fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Sədr müavini qeyd edib ki, Dövlət Gömrük Komitəsi hər zaman veteranlara diqqət və qayğı göstərib. Buna görə Komitənin rəhbərliyinə minnətdarlığını bildirən Cəlil Xəlilov bu əməkdaşlığın yaxın gələcəkdə daha da genişlənəcəyinə inamını ifadə edib.

Sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova İkinci Dünya müharibəsi dövründəki xatirələrindən danışıb. Azərbaycan xalqının İkinci Dünya müharibəsində böyük şücaətlərə imza atdığına diqqət çəkən sədr 44 günlük Vətən müharibəsində qazanılan qələbəni xalqımızın həyatında ən mühüm qələbə kimi səciyyələndirib. Fatma Səttarova deyib ki, gənclərimiz bu müharibədəki igidlikləri ilə Vətəni, torpağı necə qorumaq lazım gəldiyini göstərdilər. Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində düşmən üzərindəki qələbəsi bunun ən gözəl örnəyidir.

Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi Vüqar Əliyev əvvəlcə Komitə sədri Səfər Mehdiyevin veteranlara ünvanlanan təbrik məktubunu oxuyub. Bütün veteranları qarşıdan gələn 9 may - Qələbə Günü və Ramazan bayramı münasibətilə təbrik edən Vüqar Əliyev Respublika Veteranlar Təşkilatının fəaliyyətini yüksək qiymətləndiribgəncləri təşkilatın işində yaxından iştirak etməyə, veteranların təcrübəsini öyrənməyə, onlara dəstək olmağa səsləyib.

Tədbirin sonunda veteranlara Dövlət Gömrük Komitəsinin bayram sovqatı təqdim olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 May 2021 00:00
195