Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub

"Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub

İyunun 4-də Dövlət Gömrük Komitəsində üçüncü "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.Mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və Komitənin aidiyyəti qurumlarının rəhbərləri iştirak ediblər.Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda gənclər siyasətinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, ulu öndərin gənclərin dövlət idarəçiliyində və cəmiyyətin bütün sahələrində təmsil olunmalarını, beynəlxalq standartlara uyğun şəkildə təhsil almalarını daim diqqət mərkəzində saxladığını deyib.Bildirilib ki, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib.Səfər Mehdiyev diqqətə çatdırıb ki, bu gün bir çox dövlət qurumlarında fəaliyyət göstərən könüllü hərəkatının formalaşması da bu siyasətin bariz nümunəsidir. Eyni zamanda, Dövlət Gömrük Komitəsində "Könüllü gömrükçü" dəstəsi fəaliyyət göstərir və könüllü gömrükçülər Komitənin müxtəlif struktur bölmələrində fəaliyyətlərini uğurla davam etdirirlər."Ümumiyyətlə, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub", - deyə Səfər Mehdiyev vurğulayıb ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti eyni zamanda gənc nəsli vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirib.Səfər Mehdiyev bildirib ki, könüllü hərəkatı çərçivəsində bu günədək Dövlət Gömrük Komitəsində yüzlərlə gənc bilik və bacarıqlarını artırmaq, gömrük işini dərindən mənimsəmək imkanı əldə edib. Komitə sədri üçüncü "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin fəaliyyətini də yüksək qiymətləndirib, onlara gələcək işlərində uğurlar arzulayıb.Sonra Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, "Könüllü gömrükçü" dəstəsinin rəhbəri Vüqar Əliyev hesabat xarakterli çıxışında könüllü gömrükçülərin fəaliyyəti barədə məlumat verib.Könüllü gömrükçülər adından çıxış edən Rəfiqə Nurəliyeva və Aytac Mustafayeva isə əldə etdikləri bilik və bacarıqları sınaqdan keçirmək, həyat və iş təcrübəsi qazanmaq baxımından könüllü hərəkatının önəmindən bəhs edib, yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Çıxış edənlər, eyni zamanda fəaliyyətlərinin uğurlu təşkilinə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivinə minnətdarlıqlarını ifadə ediblər.Tədbirin sonunda üçüncü "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

4 İyun 2021 00:00
195