Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rusiya Federasiyasına məhsul ixrac edən şəxslərin nəzərinə

Rusiya Federasiyasına məhsul ixrac edən şəxslərin nəzərinə

Hal-hazırda mövsümi kənd təsərrüfatı məhsullarının ixracının artması ilə əlaqədar Samur gömrük postunda yaranan sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələri ilə yanaşı, dəmiryolu nəqliyyatının imkanlarından istifadə olunması da tövsiyə edilir.Bununla əlaqədar, Azərbaycan Dəmir Yolları yük əməliyyatlarına açıq olan bütün stansiyalarında, 24 saat ərzində yüklərin vaqonlarla qəbulunun (soyuducu vaqonlar daxil olmaqla) mümkünlüyünə hazır olduğunu bildirir.Hazırkı dövr üçün dəmir yolu ilə daşımalar avtonəqliyyat vasitələri ilə daşımalarla müqayisədə çatdırılma müddəti daha az, sərhəd keçid prosedurları 2 dəfə sürətli və təyinat məntəqəsindən asılı olaraq 20-25% aşağı qiymətə başa gəlir.Məhsulların ixracının sürətləndirməklə ixracatçılara dəstəyin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Dəmir Yolları QSC-nin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və operativ məsələlərin həlli məqsədilə qaynar xətt yaradılıb.Əlaqələndirici şəxslər:

1. Emil Əhmədov - (ADY) Yük daşımalar departamentinin rəisi

050 211 55 32

2. Babək Əliyev - (ADY) Yük daşımalar departamentinin rəisinin müavini

050 210 60 68

3. Elçin Məmmədov - (ADY) Yük daşımalar departamentinin rəisinin müavini

050 403 03 63

4.  Ceyhun Ağayev - (DGK) Sərhəddə prosedurların tətbiqi və monitorinqi şöbəsinin rəisi

050 271 85 85

5. Orxan Mikayıl - (AQTA) İdxal və ixraca nəzarət şöbəsinin müdiri

055 310 33 55

5 İyun 2021 00:00
195