Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Türkiyə səfiri "Qırmızı Körpü" gömrük postunun fəaliyyəti ilə tanış olub

Türkiyə səfiri "Qırmızı Körpü" gömrük postunun fəaliyyəti ilə tanış olub

İyulun 11-də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu, səfirliyin ticarət müşavirləri Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarının rəhbərləri ilə birlikdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunun fəaliyyəti ilə yaxından tanış olublar.

Dövlət Gömrük Komitəsinin nümayəndələri səfir Cahit Bağçıya tranzit daşımalar, "Yaşıl dəhliz" buraxılış sistemi, sərhədkeçmə proseslərinin təşkili, stasionar gömrük nəzarət baxış sistemləri barədə məlumat veriblər. Eyni zamanda, qardaş ölkənin səfiri gömrük postunda türkiyəli sürücülərlə görüşüb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 İyul 2021 00:00
195