Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rusiya nümayəndə heyəti "Samur" və "Xanoba" gömrük postlarının fəaliyyəti ilə tanış olub

Rusiya nümayəndə heyəti "Samur" və "Xanoba" gömrük postlarının fəaliyyəti ilə tanış olub

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskixın rəhbərlik etdiyi nümayəndə heyəti Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" və "Xanoba" gömrük postlarının fəaliyyəti ilə tanış olub."Samur" gömrük postunda keçirilən görüşdə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəis müavini Mübariz Mustafayev, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix, Rusiya İxrac Mərkəzinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nuri Quliyev, Rusiya Federasiyasının ölkəmizdəki ticarət nümayəndəsi Ruslan Mirsayapov iştirak ediblər.Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyinə toxunulub, malların və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi və sinxronlaşdırılması, gömrük-keçid məntəqələrində yaranan mövsümi sıxlıqların aradan qaldırılması üçün birgə fəaliyyətin təşkilinə dair məsələlər müzakirə olunub.Eyni zamanda, dəmir yolu vasitəsilə daşınan yüklərin həcminin artırılması istiqamətində fikir mübadiləsi aparılıb, sərhədkeçmə proseslərində qarşıya çıxan problemlərin operativ şəkildə aradan qaldırılması üçün iki ölkənin gömrük orqanları arasında təşkil olunan işçi qrupu səviyyəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.Görüş çərçivəsində Rusiya nümayəndə heyəti "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə də tanış olub.Bildirilib ki, sözügedən gömrük-keçid məntəqəsinin fəaliyyətə başlaması hər iki ölkənin idxal-ixrac imkanlarını daha da yüksəldəcək, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsinə, regiondakı nəqliyyat dəhlizlərinin cəlbediciliyinin və bu dəhlizlər vasitəsilə daşınan yüklərin həcminin artmasına şərait yaradacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Avqust 2021 00:00
195