Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük avtomobilində dərman preparatları aşkarlandı

Yük avtomobilində dərman preparatları aşkarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından tranzit keçməklə gələn "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb.Gömrük baxışı zamanı avtomobilin yük yerində gömrük nəzarətinə bəyan edilməyən 360 ampula, 34 qutu və 80 ədəd müxtəlif adda olan dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 Avqust 2021 00:00
195