Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün keçirilən təlimlərə yekun vurulub

Gömrük əməkdaşları üçün keçirilən təlimlərə yekun vurulub

Muxtar respublika gömrük orqanlarının əməkdaşları üçün "Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən yüklərin müayinəsi və sərnişin keçid zallarında işin təşkili" mövzusunda təlimlər keçirilib. Naxçıvan gömrük sistemində xidmətin keyfiyyətinin artırılması məqsədilə ardıcıl olaraq həyata keçirilən təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində təşkil olunan təlimlərə Sədərək, Culfa, Şahtaxtı və Hava limanı gömrük postlarında xidmət edən 91 əməkdaş cəlb olunub.Bir ay davam edən təlimlər zamanı əməkdaşlar üçün metal dedektorlardan istifadə qaydaları, rentgen-nəzarət qurğusundan isifadə etməklə əldə olunan təsvirlərin analizi, vətəndaşlarla rəftar və onların müşayiət olunan baqajlarının müayinəsi, əşyalarda gizli saxlanc yerləri, təcrübədə aşkarlanmış faktların analizi, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən gömrük sərhədindən keçirilməsi qadağan olunan və mülki dövriyyəsi məhdudlaşdırılan mallar, narkotik vasitələr və psixotrop maddələr barədə dərslər və praktik məşğələlər keçirilib.Təlim proqramına uyğun olaraq stasionar və portativ metal dedektorlardan istifadə, o cümlədən rentgen-nəzarət qurğusunun istismarı zamanı təsvirlərin analizi üzrə qiymətləndirmələr aparılıb.Avqustun 31-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində sözügedən təlimlərdə yüksək nəticə göstərmiş əməkdaşlarla görüş keçirilib. Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli dövlətimiz tərəfindən gömrük orqanlarında uğurla həyata keçirilən infrastruktur və struktur islahatları ilə yanaşı, kadr potensialının gücləndirilməsi üçün də ardıcıl işlərin görüldüyünü qeyd edib. Vurğulanıb ki, gömrük orqanlarında yaradılan yüksək iş şəraiti, ən müasir texniki nəzarət vasitələrinin işdə tətbiqi xidmətin yüksək səviyyədə təşkilinə imkan yaradır. Kadrların ixtisaslaşması və peşəkarlıq səviyyəsinin artırılması gömrük nəzarətinin keyfiyyətini daha da yüksəldir. İstər avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması, istərsə də fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən yüklərin müayinəsi və sərnişin keçid zallarında işin təşkili mövzusunda keçirilən təlimlərin müsbət nəticələri özünü iş prosesində, o cümlədən hüquqpozmalara qarşı mübarizə sahəsində aşkarlanan faktların sayında da göstərir.Komitənin Texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Əkrəm Məmmədov keçirilmiş təlimlərlə bağlı məlumat verərək bildirib ki, rentgen təsvirlərinin analizinin qiymətləndirilməsi "Simfox" proqram təminatı vasitəsilə aparılıb. Belə ki, əməkdaşlar proqram təminatından istifadə etməklə gömrük sərhədindən keçirilməsi qadağan olunmuş malların virtual rentgen təsvirlərini aşkarlamağa çalışıblar. Qeyd olunub ki, gömrük əməkdaşlarının diqqətcillik səviyyəsinin daim yüksək tutulması və peşəkarlığın artırılması məqsədilə təlimlərin planlaşdırılmış növbəti mərhələlər üzrə davam etdirilməsi nəzərdə tutulur.Sonra təlimlərdə yüksək nəticə göstərmiş əməkdaşlara sertifikatlar verilib.Tədbirə yekun vuran Komitə sədri gömrük nəzarətinin keyfiyyətinin artırılması, texniki nəzarət vasitələrindən səmərəli istifadə, riskin düzgün qiymətləndirilməsi, gömrük sərhədindən sürətli keçidinin təmin olunması üçün tədbirlərin bundan sonra da davam etdiriləcəyini, muxtar respublikanın milli və iqtisadi təhlükəsizliyinin etibarlı şəkildə qorunacağını vurğulayıb.

1 Sentyabr 2021 00:00
195