Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK əməkdaşı BMT-nin eksperti qismində "Qlobal ekspertlər hövzəsi"nə üzv seçilib

DGK əməkdaşı BMT-nin eksperti qismində "Qlobal ekspertlər hövzəsi"nə üzv seçilib

Məlum olduğu kimi, "Azərbaycanda "Sərnişinlərə dair ilkin məlumat" (APİ) və "Sərnişin adlarının qeydiyyatı" (PNR) sistemlərinin qurulması" üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrupuna Dövlət Gömrük Komitəsi tərəfindən rəhbərlik edilir. İşçi qrupunun əsas məqsədi Azərbaycanda beynəlxalq standartlara uyğun APİ/PNR sistemlərinin tətbiqi və bu çərçivədə qanunvericiliyin təkmilləşdirilməsi, bütün aidiyyəti dövlət qurumlarının tələb və funksiyalarına cavab verəcək vahid risk mexanizminin yaradılması, "Sərnişin Məlumat Mərkəzi" (PİU) və hüquq-mühafizə orqanları arasında əlaqələndirilmə təcrübəsinin öyrənilməsi, məlumatların düzgün emalı, o cümlədən səmərəli təhlili sahəsində potensialın gücləndirilməsi kimi uzunmüddətli hədəflərdən ibarətdir. Sözügedən məsələlərlə əlaqədar olaraq 2019-cu ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsi ilə birgə fəaliyyət göstərilir.

 

Birləşmiş Millətlər Təşkilatı "Sərnişinlərə dair ilkin məlumat" (APİ) və "Sərnişin adlarının qeydiyyatı" (PNR) sistemlərinin dünya ölkələri tərəfindən beynəlxalq standartlara uyğun qurulması üçün "Qlobal ekspertlər hövzəsi" yaradıb və ümumilikdə, həmin bazaya dünya üzrə 40-a yaxın ekspert daxil edilib. Ekspertlər əsasən Amerika, Avropa və Avstraliyanı təmsil edir. Regiondan Azərbaycanı təmsilən Dövlət Gömrük Komitəsinin Beynəlxalq ticarətə dəstək şöbəsinin rəisi Rövşən Namazov da "Qlobal ekspertlər hövzəsi"nə daxil edilib. Gələcəkdə Azərbaycan, o cümlədən BMT təcrübəsinin digər ölkələr ilə paylaşılması, yaxud həmin ölkələrdə "Sərnişinlərə dair ilkin məlumat" (APİ) və "Sərnişin adlarının qeydiyyatı" (PNR) sistemlərinin qurulması prosesinə Rövşən Namazov DGK-nın və BMT-nin eksperti kimi cəlb olunacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Sentyabr 2021 00:00
195