Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları üçün ilk tibbi yardım mövzusunda təlimlər keçiriləcək

Gömrük əməkdaşları üçün ilk tibbi yardım mövzusunda təlimlər keçiriləcək

Gömrük-sərhəd buraxılış məntəqələrində xidmət aparan baş müfəttişlər üçün ilk tibbi yardımın göstərilməsi mövzusunda davamlı olaraq təlimlər keçiriləcək.

Təlimləri Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi nəzdində fəaliyyət göstərən Sanitar-Karantin Xidmətinin təlimçiləri aparacaq.

Bu məqsədlə Sanitar-Karantin Xidmətinin əməkdaşları İxtiyar Muxtarov və Müşviq Qəhrəmanov xüsusi təlim və hazırlıq kursunu bitirib və mütəxəssis kimi qiymətləndiriliblər.

"Updotade-in-medicine" şirkətinin və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunan həmin təlim nəzəri və praktiki mərhələlərdən ibarət olub. Bununla da Sanitar-Karantin Xidmətinin əməkdaşları gömrük-sərhəd buraxılış məntəqələrində xidmət aparan baş müfəttişlərə sertifikatlaşdırlımış ilk tibbi yardım təlimini keçmək hüququnu qazanıblar.

İlkin mərhələdə Sanitar-Karantin Xidmətinin təlimçiləri artıq 20-yə yaxın baş müfəttişə təlim keçiblər. Müxtəlif regionlardan cəlb olunan gömrük əməkdaşları ilk tibbi yardımın göstərilməsi mövzusunda zəruri bilik, vərdiş və bacarıqlara yiyələniblər. Bu təlimdə Sanitar-Karantin Xidmətinin rəis müavini Namiq Məmmədov və Gömrük Akademiyasının nümayəndələri də müşahidəçi kimi iştirak ediblər.

Beləliklə, bu təlimlərdə əsas məqsəd hadisə yerində peşəkar həkim briqadası gələnə qədər xəstə və ya yaralılara ilk tibbi yardımın göstərilməsi bacarıqlarının öyrənilməsidir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 Sentyabr 2021 00:00
195