Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

İctimai Şuraya seçkilərin ikinci turu keçiriləcək

İctimai Şuraya seçkilərin ikinci turu keçiriləcək

Bu gün Dövlət Gomrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib. 13 yer uğrunda 23 namizədin mübarizə apardığı seçki prosesi saat 09:00-da start götürüb və 16:00-da başa çatıb. İctimai Şuraya üzvlərin seçilməsi məqsədilə keçirilən şeçkilərdə iştirakı qeydə alınan vətəndaş cəmiyyəti institutlarının 277 nəfər nümayəndəsindən 254 nəfəri səs verib.

İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnamənin 309-cu bəndinə əsasən, səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər İctimai Şuranın tərkibinə seçilmiş hesab olunur. Lakin səsvermə prosesində namizədlərdən yalnız bir nəfəri - "Qadın və cəmiyyət" vətəndaş maarifçiliyi ictimai birliyinin nümayəndəsi Şəbnəm Dadaşova səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini qazanıb.

Sentyabrın 22-si saat 14:00-dan 17:00-dək səsvermənin ikinci turu keçiriləcək. Bu turda namizədlər sadə səs çoxluğu ilə seçiləcək.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

21 Sentyabr 2021 00:00
195