Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Növbəti imtahan keçirilib

Növbəti imtahan keçirilib

Dekabrın 17-də Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti, sayca 18-ci imtahan keçirilib.İmtahan prosesində Dövlət Gömrük Komitəsinin imtahan komissiyasının üzvləri və aidiyyəti qurumların nümayəndələri də iştirak edib.Komissiya üzvləri çıxış edərək gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün keçirilən imtahanların səmərəli təşkilindən və effektivliyindən söhbət açıb, iştirakçılara uğurlar arzulayıblar.Qeyd edək ki, ixtisas attestatının əldə edilməsi üçün keçirilən imtahanda gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan 20 şirkətdən 42 nəfər iştirak edib, onlardan 2 nəfər uğurlu nəticə qazanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

17 Dekabr 2021 00:00
195