Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib

Dekabrın 22-də Dövlət Gömrük Komitəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev və Komitənin aidiyyəti qurumlarının əməkdaşları, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.Görüş "2022-2025-ci illər üçün Azərbaycan Respublikası ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq üzrə yol xəritəsi"nin müzakirəsi, Ümumdünya Gömrük Təşkilatının və BMT-nin birgə layihəsi olan Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə keçirilib.DGK sədrinin müavini Əsgər Abdullayev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə əməkdaşlıqdan məmnunluqla bəhs edib və gömrük əməkdaşlarının potensialının artırılması, məlumat mübadiləsi və digər istiqamətlərdə işgüzar əlaqələrin hüquqpozmalarla mübarizə sahəsinə mühüm töhfələr verdiyini bildirib.Komitə sədrinin müavini cari ildə Azərbaycan gömrük orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ton 800 kq-dan artıq narkotik vasitənin aşkar edilərək qanunsuz dövriyyədən çıxarıldığını, bunun da əsas hissəsini heroinin təşkil etdiyini diqqətə çatdırıb. O da qeyd olunub ki, 44 günlük Vətən Müharibəsində əldə olunan qələbə nəticəsində Azərbaycanın sərhədlərini bərpa etməsi nəzarətsiz ərazilərdən narkotiklərin qanunsuz daşınmasının qarşısını alıb.Əsgər Abdullayev Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı çərçivəsində səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu vurğulayıb və Azərbaycan gömrüyünün hüquqpozmalara qarşı mübarizəyə yönələn səyləri dəstəklədiyini bildirib.BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mittal təmsil etdiyi qurumla Azərbaycan arasında səmərəli əlaqələrin qurulmasında DGK-nın rolunu yüksək qiymətləndirib, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə ölkəmizin gömrük orqanlarının əldə etdiyi nəticələrdən məmnunluqla bəhs edib.Azərbaycan gömrüyünün müasir texnologiyalardan istifadə etməklə ticarət yolları üzərində səmərəli nəzarət sistemi formalaşdırdığını bildirən Aşita Mittal digər ölkələrin də bu təcrübədən faydalanacağına əminliyini ifadə edib.Daha sonra görüşdə "2022-2025-ci illər üçün Azərbaycan Respublikası ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq üzrə yol xəritəsi", "Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi" və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Dekabr 2021 00:00
195