Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

"Sərhəddə ticarət" işçi qrupunun iclası keçirilib

"Sərhəddə ticarət" işçi qrupunun iclası keçirilib

Dekabrın 22-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Sərhəddə ticarət" işçi qrupunun genişləndirilmiş iclası keçirilib.İclasda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Komitənin aidiyyəti strukturlarının əməkdaşları, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin, İqtisadiyyat, Maliyyə, Energetika nazirliklərinin, Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliklərinin və aidiyyəti təşkilatların Fəaliyyət Planının icrasına bilavasitə cəlb olunan məsul şəxsləri, özəl sektorun təmsilçiləri iştirak edib.İşçi qrupunun rəhbəri qismində iclasa sədrlik edən Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq 2021-ci ildə də bütün sahələrdə mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb. Bu baxımdan "Sərhəddə Ticarət" işçi qrupunun da üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışdığını qeyd edən İsmayıl Hüseynov sərhədkeçmə proseslərinin sürətləndirilməsi, vaxt və vəsait itkisinin minimuma endirilməsi istiqamətində təkmilləşdirilmələrin aparıldığını diqqətə çatdırıb.Bu istiqamətdə Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən layihə və yeniliklərin mühüm əhəmiyyət daşıdığını vurğulayan İsmayıl Hüseynov "Yaşıl Dəhliz" istifadəçilərin sayının artdığını və idxal-ixrac əməliyyatlarının, ümumilikdə xeyli hissəsinin onların payına düşdüyünü bildirib. Eyni zamanda, Rusiya ilə sərhəddə tikintisi davam edən "Xanoba", Türkiyə Respublikası ilə sərhəddə yeni inşa edilən "Sədərək" gömrük postlarının, digər gömrük-keçid məntəqələrində aparılan tikinti və yenidənqurma işlərinin də beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, sahibkarlar üçün münbit şəraitin yaradılmasına, ixrac və tranzit potensialımızın artırılmasına, bir sözlə "Sərhəddə ticarət" indikatoru üzrə ölkəmizin mövqeyinin daha da güclənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək işçi qrupun fəaliyyətindən məmnunluqla bəhs edib və aparılan araşdırmalar nəticəsində "Sərhəddə ticarət" indikatoru üzrə irəliləyişin olduğunu, vaxt və vəsaitə qənaət baxımından müsbət nəticələrin əldə edildiyini bildirib. Komissiyanın Katibliyinin rəhbəri dövlət qurumları ilə yanaşı, özəl sektorun nümayəndələrinin də təmsil olunduğu ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqi üzrə müvafiq altqrupun ötən dövr ərzində səmərəli və məhsuldar fəaliyyət göstərdiyini, bunun da dövlət-biznes dialoqunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.Daha sonra iclasın gündəliyindəki məsələlər - "Sərhəddə ticarət" işçi qrupunun 2021-ci il üzrə fəaliyyətinin yekunları, "Sərhəddə ticarət işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planı"nın layihəsi müzakirə edilib, "Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi sahəsində qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi"nin yekun layihəsinin təqdimatı keçirilib və "Azərbaycanda "e-Pəncərə" ("E-window") sisteminin tətbiq edilməsi" ilə bağlı məlumat verilib.İclasda özəl sektorun nümayəndələri çıxış edərək dövlət-biznes dialoqu platforması çərçivəsində səmərəli əməkdaşlığa görə təşəkkürlərini bildiriblər və bu sahədə gələcəkdə də davamlı əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı müvafiq təkliflərini səsləndiriblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 Dekabr 2021 00:00
195