Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin rəsmi veb saytı yenilənib

Dövlət Gömrük Komitəsinin rəsmi veb saytı yenilənib

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə məlumatların əlçatanlığını,  istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaq məqsədilə Dövlət Gömrük Komitəsinin rəsmi veb saytı yenilənib. Yeni sayt Dövlət Gömrük Komitəsinin rəsmi internet resursu olmaqla yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçıları üçün portal rolunu da oynayacaq. “customs.gov.az” veb saytı Komitənin fəaliyyət istiqamətləri haqqında məlumatların, mövcud və yeni qanunvericilik aktlarının, Komitənin təqdim etdiyi elektron xidmətlərin və yeniliklərin ictimaiyyətin diqqətinə çatdırılmasını təmin edəcək.  Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək yeni saytın, həmçinin mobil versiyası da yaradılıb.

Müasir dizayn üslubu ilə diqqəti cəlb edən saytda DGK tərəfindən göstərilən elektron xidmətlər, bu xidmətlər barədə təlimatlar, statistika, xəbərlər, müraciətlər və s. alt bölmələr təqdim edilir.

2 Fevral 2022 17:45
195