Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük avtomobillərində siqaret aşkarlandı

Yük avtomobillərində siqaret aşkarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından gələn, həmin ölkə vətəndaşlarının idarə etdikləri 2 ədəd “Renault”, “Howo” və “Mercedes Benz” markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı xidməti itlərin reaksiyasına əsasən avtomobillər əsaslı yoxlanılıb. Nəticədə 4 ədəd yük avtomobilində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 9140 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Fevral 2022 15:50
195