Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük avtomobilində gizlədilən siqaretlər aşkar edildi

Yük avtomobilində gizlədilən siqaretlər aşkar edildi

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn “DAF XF”  markalı yük avtomobili gömrük nəzarətindən keçən zaman saxlanılıb və sürücüdən avtomobildə gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin olub-olmaması soruşulub. O, isə öz növbəsində idarə etdiyi avtomobildə mütləq bəyan edilməli  və gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirib. Bundan sonra gömrük nəzarəti məqsədi ilə yük avtomobilinə rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin qoşqusunun yük yerinin ön və orta hissəsində 40 ədəd ağ rəngli kisələrdə şübhəli görüntülər izlənilib. Yük avtomobilinin qoşqusundakı “gəc” yükü olan həmin kisələrə əsaslı baxış keçirilib və kisələrin içərisindən gömrük nəzarətindən gizlədilən, hər hansı aksiz markası ilə markalanmayan, ümumilikdə 20200 ədəd “Want Nano Sılver” yazısı olan siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Fevral 2022 17:11
195