Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Şirniyyat paketlərinin içərisində siqaret aşkar edildi

Şirniyyat paketlərinin içərisində siqaret aşkar edildi

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasına daxil olarkən şifahi qaydada 200 ədəd siqaretinin olduğunu bəyan edib. 

Sərnişin keçid xəttində olan rentgen qurğusundan keçərkən ona məxsus iki ədəd şəffaf selofan torbanın içərisində də siqaretlərin təsviri müşahidə edilib.

Yoxlama zamanı sərnişinə məxsus əl yüklərində olan şirniyyat paketlərində gizlədilən, gömrük nəzarətinə bəyan edilməyən 2000 ədəd “Marlboro” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Fevral 2022 15:10
195