Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Nəqliyyat vasitələrində gizlədilən siqaretlər aşkar edildi

Nəqliyyat vasitələrində gizlədilən siqaretlər aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 3 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan tranzit keçməklə gələn 3 ədəd  "Mercedez-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunublar.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsələr də,  yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan, ümumilikdə 5520 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

--

11 Fevral 2022 16:29
195