Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Xeyli miqdarda zərgərlik məmulatları aşkar edildi

Xeyli miqdarda zərgərlik məmulatları aşkar edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Belə ki, Bakı-İstanbul aviareysinin sərnişini, Azərbaycan Respublikası vətəndaşı gömrük  nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.

Yoxlama zamanı vətəndaşın üzərində və qara rəngli əl çantasının içərisində gömrük nəzarətinə təqdim olunmayan, yazılı, elektron və şifahi formada bəyan edilməyən 8 ədəd sırğa-üzük dəsti, 4 ədəd sırğa-üzük-klon dəsti, 1 ədəd sırğa-üzük-klon-qolbaq dəsti, 6 cüt sırğa, 3 ədəd qolbaq, 2 ədəd üzük, 1 ədəd klon və 1 ədəd yaxa sancağı aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi  520,53 qram olan 750/585 əyarlı qızıllardan hazırlanmış zərgərlik məmulatlarıdır.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Fevral 2022 17:28
195