Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Nəqliyyat vasitələrində siqaret və mobil telefon aksesuarları aşkar edildi

Nəqliyyat vasitələrində siqaret və mobil telefon aksesuarları aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, 2 fakt üzrə tütün məmulatlarının və telefon aksesuarlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “DAF” və “Renault” markalı yük nəqliyyat vasitələri saxlanılıb, avtomobilin sürücüləri şifahi sorğu-sual olunublar.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsələr də, yoxlama zamanı ümumilikdə 608 ədəd “iPhone” markalı mobil telefonun aksesuarları ilə birlikdə boş qutusu, 371 ədəd usb, 84 ədəd “Samsung” markalı mobil telefon qutusu və  4 ədəd qulaqlıq, həmçinin 38 min ədəd “Heets” markalı siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 Mart 2022 11:24
195