Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təşəkkür sertifikatı ilə təltif edilib

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təşəkkür sertifikatı ilə təltif edilib

“Caspian Energy Club”un təşəbbüsü ilə pandemiya dövründə göstərdiyi dəstək üçün bir qrup hökumət nümayəndəsi və iş adamı təşəkkür sertifikatı ilə təltif edilib.

Bu münasibətlə keçirilən mərasimdə “Caspian Energy Club”un İdarə Heyətinin sədri, qrupun sədri və baş icraçı direktoru Telman Əliyev rəhbərlik etdiyi qurumun dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirdiyini, Xəzər, Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən nəhəng regional təşkilat olduğunu bildirib. Qeyd olunub ki, “Caspian Energy Club” pandemiya dövründə onlayn və oflayn formatda çoxsaylı tədbirlər keçirib. Həmin tədbirlərin keçirilməsinə və sahibkarların fəaliyyətinə verdiyi dəstəyə görə hökumət nümayəndələrinə təşəkkürünü çatdıran T.Əliyev ötən müddətdə dövlət qurumlarının sahibkarların problemlərinin qısa zaman ərzində həll edilməsinə çalışdığını vurğulayıb. Belə həssas dövrdə dövlət qurumlarının sahibkarların müraciətlərinə daha diqqətlə yanaşdığını, onlara operativ reaksiya verdiyini diqqətə çatdıran T. Əliyev “Caspian Energy Club”un biznes qurumları ilə dövlət orqanları arasındakı bu əməkdaşlıq formatının bundan sonra da davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Tədbirdə daha sonra fəxri qonaqlara və “Caspian Energy Club”un üzvü olan şirkətlərə təşəkkür sertifikatları təqdim olunub. Klubun İdarə Heyətinin sədri T.Əliyev rəhbəri olduğu təşkilat adından bir sıra dövlət qurumlarının rəhbər şəxslərinə, o cümlədən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynova, eləcə də bir qrup iş adamına təşəkkür sertifikatlarını təqdim edib.

Sertifikatla təltif edilən fəxri qonaqlar və klub üzvləri çıxışlarında hökumət rəsmilərinin onların problemlərinin həlli üçün verdiyi dəstəkdən razılıqlarını ifadə ediblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

 

18 Mart 2022 11:41
195