Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük nəqliyyat vasitələrində xeyli miqdarda siqaret aşkarlandı

Yük nəqliyyat vasitələrində xeyli miqdarda siqaret aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 32 000 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. 

  Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri "İveco", və “Mercedes Benz” markalı yük nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən 12800 ədəd "Parliament Heets”, 19200 ədəd isə “Heets” markalı siqaretlər aşkarlanıb.

 Hər iki faktla bağlı araşdırma aparılır. 

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 Mart 2022 12:18
195