Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Narkotik vasitə aşkarlanıb

Narkotik vasitə aşkarlanıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda ölkəmizdən tranzit keçməklə, İran İslam Respublikasından Gürcüstana “qurudulmuş süd” yükü aparan, həmin ölkə vətəndaşının idarə etdiyi "Scania" markalı yük avtomobilil gömrük nəzarəti zamanı saxlanılıb.

Şəxsi yoxlama zamanı nəqliyyat vasitəsinin sürücüsünün  üzərindən şəffaf selofanda bir ədəd bükümdə gömrük nəzarətinə bəyan edilməyən, “M40” nişanəsi olan 3 ədəd metadon adlı həb aşkar edilib.

Qeyd edək ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxildir və 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 Aprel 2022 10:47
195