Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“COVID-19-un müalicə və diaqnostikasına müasir yanaşmalar” mövzusunda seminar keçirilib

“COVID-19-un müalicə və diaqnostikasına müasir yanaşmalar” mövzusunda seminar keçirilib

Aprelin 5-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin birgə təşkilatçılığı ilə “COVID-19-un müalicə və diaqnostikasına müasir yanaşmalar” mövzusunda seminar keçirilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov seminarın həm elmi-praktik, həm də hər iki qurumun tibb idarələri arasında əməkdaşlığın gücləndirilməsi  baxımından əhəmiyyətli olduğunu qeyd edib. Pandemiya ilə mübarizədə Mərkəzi Gömrük Hospitalının həkimlərinin təqdirəlayiq təcrübə qazandıqlarını qeyd edən İftixar Qurbanov seminar iştirakçılarına uğurlar arzulayıb. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev təmsil etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib, təcrübə mübadiləsi üçün hər zaman əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Sonra hər iki qurumun mütəxəssisləri çıxış edərək həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, davamlı tibbi təhsil ehtiyaclarının təmin edilməsi istiqamətində həyata keçirilən elmi tədbirlər barədə məlumat verib, təcrübə mübadiləsinin vacibliyindən bəhs ediblər.

Daha sonra Mərkəzi Gömrük Hospitalının  mütəxəssisləri  “COVID-19 infeksiyasının diaqnostika və müalicəsində laborator müayinələrin əhəmiyyəti”, “COVID-19 müalicəsində diqqət edilməli vacib məqamlar”, “Postkovid sindrom: nələrə diqqət etməliyik?” mövzularında məruzələrlə çıxış ediblər. Təqdimatlardan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 Qeyd edək ki, təlimdə Ədliyyə Nazirliyi Tibb baş idarəsinin tabeliyindəki müxətlif müəssisələrin 25 nəfər müvafiq ixtisaslı həkimləri iştirak edib.

 

5 Aprel 2022 18:07
195