Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobildə dərman vasitələri aşkarlanıb

Avtomobildə dərman vasitələri aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında qanunsuz yolla gətirilən xeyli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.

Keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı-Qazax  istiqamətində hərəkətdə olan “Hyundai elantra” markalı avtomobil Yevlax şəhəri ərazisində saxlanılıb və Yevlax gömrük postuna gətirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının üstündə iki ədəd karton qutuda olan  müxtəlif markalı dərman vasitələri - 43526 həb, 80 ədəd iynə, 106 flakon, 177 ədəd maye, 588 ampul, 148 ədəd məlhəm, 464 ədəd krem, 135 ədəd gel və 120 ədəd iynə başlığı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 Aprel 2022 13:01
195