Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrükçülərimiz “Nəqliyyat vasitələrinin axtarışı” mövzusunda keçirilən təlim kursunda iştirak ediblər

Gömrükçülərimiz “Nəqliyyat vasitələrinin axtarışı” mövzusunda keçirilən təlim kursunda iştirak ediblər

Azərbaycan gömrükçüləri Böyük Britaniyanın Biçester şəhərində “Nəqliyyat vasitələrinin axtarışı” mövzusunda keçirilən təlim kursunda iştirak ediblər.

Tədbir Birləşmiş Krallıq Ordusu Beynəlxalq Müdafiə Təliminin təşkilatçılığı ilə baş tutub. Üçgünlük təlimin əsas məqsədi nəqliyyat vasitələrinin təhlükəsiz və effektiv şəkildə axtarışı üzrə Böyük Britaniya təcrübəsini bölüşmək olub.

Təlim nəzəri və praktiki olmaqla interaktiv qaydada keçirilib. Nəzəri məşğələlər zamanı texniki nəzarət vasitələrindən nəzarət altında olan malların və nəqliyyat vasitələrinin, fiziki şəxslərin və onların əl yüklərinin, müşayiət olunan və müşayiət olunmayan baqajların və beynəlxalq poçt göndərişlərinin yoxlanılmasının sürətləndirilməsi, eləcə də sadələşdirilməsi məqsədilə bir sıra texniki nəzarət vasitələrindən istifadənin məqsədəmüvafiqliyi bildirilib.

Malların və nəqliyyat vasitələrinin yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədilə axtarış haqqında ilkin məlumat verilib, daha sonra kriminalistik və fərdi axtarış nəzəriyyələrindən bəhs edilib. Eyni zamanda, təhlükələrin qiymətləndirilməsi, axtarış sənədləri və axtarış təcrübələrindən, axtarış itlərindən istifadə qaydasından bəhs edilib.

Təlimdə nəqliyyat vasitələri üzərində gömrük baxışı və gömrük yoxlamasının daha effektiv şəkildə həyata keçirilməsi, sürücü və sərnişinlərin sorğu-sual edilməsi, nəqliyyat vasitələrinin gizli saxlanc yerləri, riskin qiymətləndirilməsi, qaçaqmalçılıq əlamətlərinin aşkarlanması, yol-nəqliyyat və mal-müşayiət sənədləri əsasında düzgün eyniləşdirmənin aparılması, nəqliyyat vasitələrinin yoxlanılmasında istifadə olunan texniki nəzarət vasitələri və onlardan səmərəli istifadə qaydaları izah olunub.

Bundan başqa, nəqliyyat vasitələrinin axtarışının nəzəri və tətbiqi hissəsindən danışılıb, tədbir iştirakçılarına nəqliyyat vasitələrinin konstruksiyalarına dair müxtəlif sənədlər paylanılaraq qrup şəklində fikir mübadiləsi aparılıb. Gömrük nəzarəti zamanı partlayıcı qurğuların və müxtəlif qaçaqmalçılıq predmetlərinin aşkar edilməsində kinoloji xidmətin fəaliyyətindən geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.

Təlim zamanı konteyner daşımalarına baxış keçirilməsinə dair təqdimat nümayiş olunub. Böyük Britaniyanın mütəxəssisləri gizlətmə üsulları barəsində videogörüntülər də təqdim ediblər.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

8 Aprel 2022 14:53
195