Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Qızıl-zinət əşyalarının qanunsuz olaraq gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

Qızıl-zinət əşyalarının qanunsuz olaraq gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

Gömrükçülər külli miqdarda qızıl-zinət əşyalarının qanunsuz olaraq gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.   

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda gəmi nəqliyyat vasitəsi ilə Qazaxıstan Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşının  müşayiət olunan əl baqajlarına “X-Ray” rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl baqajında yoxlama aparılıb və çantalardan birindəki çoxfunksiyalı radioqəbuledicinin içərisindən yapışqanlı lentlə bir-birinə bərkidilmiş 8 ədəd bükülü aşkar edilib.

Keçirilən gömrük baxışı nəticəsində həmin bükülülərdən gömrük orqanına bəyan olunmayan, gömrük nəzarətindən gizlədilən 172,56 qram qızıl-zinət əşyaları - 13 ədəd üzük və 13 cüt sırğa aşkar olunub.

 Faktla bağlı araşdırma aparılır. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 Aprel 2022 10:09
195