Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşı Avropa turnirində ikinci yeri tutub

Gömrük əməkdaşı Avropa turnirində ikinci yeri tutub

Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin təlimçisi Məhəmməd Həsənzadə Avropa kuboku uğrunda keçirilən sumo güləşi yarışında uğurla iştirak edib.  

Almaniya Sumo Federasiyasının təşkil etdiyi yarış aprelin 22-23 tarixlərində Brandenburq şəhərində baş tutub. Turnirə Avropanın 18 ölkəsindən 140-dan artıq idmançı qatılıb.

Yarışda ölkəmizi təmsil edən Məhəmməd Həsənzadə 77 kq çəki dərəcəsində mübarizə aparıb və ikinci yerə layiq görülüb. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

28 Aprel 2022 10:49
195