Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Narkotik vasitələr aşkar edilib

Narkotik vasitələr aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttində "DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. Lakin gömrük baxışı keçirilən zaman sürücü avtomobilin salonunu tərk edərək  postun ərazisində yerləşən müvəqqəti saxlanc anbarına tərəf qaçaraq üzərindəki bağlamanı yaxınlıqdakı otluq əraziyə tullayıb.

Yoxlama zamanı otların arasından bir ədəd yapışqanlı lentlə sarılmış bükülünün içərisində, ümumi  çəkisi 8 qram olan narkotik vasitə-tiryək və çəkisi 2 qram olan narkotik vasitə- marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

5 May 2022 12:49
195