Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrükçülər Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Gömrükçülər Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Mayın 6-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin əməkdaşları, DGK Akademiyasının tələbələri, “Könüllü gömrükçü” dəstəsinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Gömrükçülərə Mərkəzlə bağlı geniş məlumat verilərək bildirilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Gömrükçülər Heydər Əliyev Muzeyində  ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar. Ulu öndər Heydər Əliyevin zəngin irsindən bəhrələnmək imkanı yaradan ziyarət çərçivəsində gənclər, həmçinin “Musiqi alətləri: birlik və müxtəliflik”, “Klassik avtomobil” sərgilərini də yaxından görmək imkanı əldə ediblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

6 May 2022 16:47
195