Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobildə siqaretlər aşkarlandı

Avtomobildə siqaretlər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan tranzit keçməklə ölkəmizə gələn “SCANİA” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda - yatağın alt və üst döşəkçənin içərisində gömrük nəzarətindən gizlədilən, 5400 ədəd “Marlboro Edge” markalı siqaret aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

7 May 2022 13:12
195