Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Gömrük əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günüdür.

Bu gün sübh tezdən paytaxt sakinləri, ayrı-ayrı dövlət və ictimai-siyasi təşkilatların nümayəndələrilə yanaşı, respublikamızın gömrük orqanlarının çoxsaylı əməkdaşları da Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət ediblər.

Gömrükçülər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, güc strukturlarının, xüsusilə də ölkənin gömrük xidmətinin inkişaf etdirilərək dünya standartları səviyyəsinə çatdırılmasında böyük əməyi olan dahi rəhbərin məzarı önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

10 May 2022 16:03
195