Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşı Avropa çempionatında gümüş medal qazanıb

Gömrük əməkdaşı Avropa çempionatında gümüş medal qazanıb

Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşı Seymur Sadıqov bodibildinq idman növü üzrə Avropa çempionatında uğurla çıxış edib.

Mayın 5-də İspaniyanın Santa Susanna şəhərində keçirilən bu mötəbər yarışda 34 ölkənin idmançıları iştirak edib. Yarışlara 75 kq çəki dərəcəsində qatılan Seymur Sadiqov fəxri kürsünün ikinci pilləsinə yüksələrək çempionatın gümüş mükafatını qazanıb.

Qeyd edək ki, idmançımız bu ilin may ayının 1-də Bakıda keçirilən respublika çempionatında birinci yeri tutaraq qızıl medala layiq görülüb. 

16 May 2022 11:34
195