Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşı Azərbaycan çempionatının qalibi olub

Gömrük əməkdaşı Azərbaycan çempionatının qalibi olub

Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin əməkdaşı Ramin Süleymanzadə pauerliftinq, benç-press və deadlift üzrə gənclər və böyüklər arasında Azərbaycan çempionatının qalibi olub.

Ramin Süleymanzadə bu ada 60 kq çəki dərəcəsində Azərbaycan rekordunu təzələyərək layiq görülüb. O, squat hərəkətində 188 kq (yeni Azərbaycan rekordu), benç-press hərəkətində 118 kq, deadlift hərəkətində 212 kq olmaqla, üç hərəkətin cəmində 518 kq toplayaraq ölkə çempionu elan edilib. Bununla da idmançımız Avropa çempionatına vəsiqə qazanıb.

Ramin Süleymanzadə Vətən müharibəsi iştirakçısıdır. O, eyni zamanda, pauerliftinq idman növü üzrə dünya çempionudur.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 İyun 2022 15:41
195