Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dərman preparatlarını gizlədərək keçirmək istədi

Dərman preparatlarını gizlədərək keçirmək istədi

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin müxtəlif saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 1200 ampul dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 İyun 2022 12:09
195