Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Nəqliyyat vasitəsində dərman preparatları aşkar edildi

Nəqliyyat vasitəsində dərman preparatları aşkar edildi

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan, həmin ölkə vətəndaşının idarə etdiyi "Renault Magnum” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 490 ədəd tablet, 250 kapsul və 13 qutu müxtəlif markalı dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

20 İyun 2022 13:12
195