Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Nəqliyyat vasitəsində spirtli içkilər aşkar edilib

Nəqliyyat vasitəsində spirtli içkilər aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin kabinasında, əşyaları qoymaq üçün nəzərdə tutulan yerlərdə gizlədilən və gömrük nəzarətinə bəyan edilməyən 25 ədəd müxtəlif adda, qablaşdırmada olan spirtli içkilər aşkar edilib.

 Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 İyun 2022 09:52
195