Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Avtomobildə xarici valyuta aşkar edilib

Avtomobildə xarici valyuta aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

Belə ki, Azərbaycan Respublikası istiqamətindən “Xanoba” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan, həmin ölkə vətəndaşının idarə etdiyi “İveco” markalı yük avtomobilinə gömrük baxışı keçirilib. Sürücü avtomobildə 1000 ABŞ dolları və 58000 Rus rublu olduğunu bəyan edib.

Yoxlama zamanı isə nəqliyyat vasitəsinin salonunda, sənədlər üçün nəzərdə tutulan çantanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 19000 ABŞ dolları aşkarlanıb.

 Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

 

8 İyul 2022 11:32
195