Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Yük avtomobilinin qoşqusunda ətir yağları aşkarlandı

Yük avtomobilinin qoşqusunda ətir yağları aşkarlandı

 Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası istiqamətindən "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası  vətəndaşının idarə etdiyi "Volvo" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Baxış zamanı avtomobilin qoşqusunun sağ alt hissəsində yerləşən yeşikdə gömrük nəzarətinə bəyan edilməyən parfumeriya məhsulları- 4 ədəd ətir, 20 litr metal və plastik qablarda olan ətir yağları aşkar edilib.

 Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

13 İyul 2022 10:46
195