Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Narkotik vasitəni əl baqajında gizlədərək keçirmək istədi (FOTO,VIDEO)

Narkotik vasitəni əl baqajında gizlədərək keçirmək istədi (FOTO,VIDEO)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.

Bakı-Doha aviareysi ilə gedən sərnişinlərə məxsus baqajlara rentgen qurğusu vasitəsi ilə gömrük baxışı keçirilərkən, Maldiv Respublikası vətəndaşı Mohamed Naasırın əl baqajının alt hissəsində şübhəli təsvirlər müşahidə olunub.

Daha sonra kinoloji xidməti iti vasitəsilə əl baqajına baxış  keçirilib və it əl baqajına reaksiya verib. Mohamed Naasır steril zonadan yoxlama otağına dəvət olunaraq ona məxsus əl baqajına əsaslı gömrük baxışı keçirilib. Yoxlama zamanı əl baqajının alt hissəsinə yapışqanla bərkidilmiş sarı rəngli, yastı formalı sellofan paketin içərisindən gömrük nəzarətindən gizlədilən, açıq qəhvəyi rəngli toz şəklində, xalis çəkisi 3660 qram təşkil edən narkotik vasitə-heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

19 İyul 2022 16:07
195