Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük orqanlarının gələcək strateji hədəfləri müzakirə olunub

Gömrük orqanlarının gələcək strateji hədəfləri müzakirə olunub

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş gömrük sisteminin inkişaf istiqamətləri üzrə vəzifə və öhdəliklərin düzgün yerinə yetirilməsi, həmçinin müasir çağırışlara cavab verən gömrük modelinin yaradılması, şəffaflıq və məmnunluq səviyyəsinin artırılması, biznes mühitinin daha da yaxşılaşdırılması üzrə tədbirlərin hazırlanması məqsədilə iyulun 22-də DGK daxilində bilikli əməkdaşlardan ibarət işçi qrupu yaradılmışdır.

İşçi qrupu tərəfindən Dövlət Gömrük Komitəsinin yaxın illər üçün hədəfləri, zəif tərəflərin aradan qaldırılması və inkişafa yönələn tədbirləri müəyyən edən müvafiq konseptual sənəd və yol xəritəsi layihəsi qısa vaxt ərzində hazırlanmış, avqustun 3-də DGK daxilində geniş müzakirəyə təqdim edilmişdir. Müzakirələr zamanı strateji hədəflərin müəyyən edilməsi üzrə funksional fəaliyyət istiqamətləri və görüləcək işlərin prioritetlərinə dair fikir mübadiləsi aparılmış, təkliflər nəzərə alınmaqla tez bir zamanda sənədin tamamlanması və qəbul edilməsi, konkret işlərin həyata keçirilməsi planlaşdırılmışdır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Avqust 2022 18:03
195